Meksikanın Atlakomulko şəhərində sərnişin avtobusunun qatarla toqquşması nəticəsində 8 nəfər ölüb, 45 nəfər isə yaralanıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, qəza Atlakomulco sənaye zonasındakı dəmir yolu keçidində baş verib. İkimərtəbəli sərnişin avtobusu dəmir yolu relslərini keçmək istəyərkən, yük qatarı ilə toqquşub.
İlkin məlumata əsasən, hadisə nəticəsində 8 nəfər həyatını itirib, 45 nəfər isə, o cümlədən bəziləri ağır olmaqla, müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə dərhal çoxsaylı təcili yardım və yanğınsöndürən maşınları cəlb olunub.
Qəzayla bağlı araşdırmalar davam etdirilir.