"Qalatasaray"da oynayan ulduz futbolçu "Beşiktaş"a keçdi - FOTO

10:27 - 16 Avqust 2023

\"Qalatasaray\"da oynayan ulduz futbolçu \"Beşiktaş\"a keçdi - FOTO

Ötən mövsüm müqavilə əsasında "Qalatasaray"da çıxış edən 27 yaşlı futbolçu Milot Raşitsa "Beşiktaş"a transfer olur.

 

Manset.az xəbər verir ki, "Norviç Siti"nin oyunçusu olan Milot transfer üçün gecə saatlarında İstanbula eniş edib.

Onun burada tibbi müayinədən keçməsi və daha sonra klubla müqaviləyə imza atacağı gözlənilir.

Mövzu ilə bağlı "Beşiktaş"dan edilən rəsmi açıqlamada, ""Norviç Siti" ilə peşəkar futbolçu Milot Raşitsanın transferi ilə bağlı danışıqlara başlanılıb" deyə qeyd olunub.

Ulduz futbolçu təyyarədən "Beşiktaş"ın simvolu olan qartal pozası verərək foto paylaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az