Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk dəfə təşkil olunan UEFA Millətlər Liqasında bu gün ilk oyununu keçirib.
Manset.az xəbər verir i, “Dalğa Arena”da Kipr yığması ilə qarşılaşma heç-heçə yekunlaşıb – 1:1.
Azərbaycan millisinin qolunu 46-cı dəqiqədə Sevinc Cəfərzadə vurub.
Yığma növbəti oyununu sebtyabrın 26-da səfərdə Montenqroya qarşı keçirəcək.