İngiltərə Premyer Liqa komandalarından olan "Arsenal" 24 yaşlı norveçli yarımmüdafiəçi Martin Odegaard ilə müqaviləni 30 iyun 2028-ci ilə qədər uzadıb.
Manset.az xəbər verir ki, imzalandıqdan sonra klubun rəsmi saytına açıqlama verən Odegaard "Bu klubda özümü evdəki kimi hiss edirəm" deyib.
2020/2021 mövsümünün fasiləsində Real Madriddən 37 milyon avroya transfer olunan Odegaard indiyədək "Arsenal"ın heyətində 112 rəsmi matçda 27 qol vurub və 15 məhsuldar ötürmə edib.
Jalə
Manşet.az