Şeydayevin komandası qələbəni əldən verdi

18:36 - 08 Oktyabr 2023

Şeydayevin komandası qələbəni əldən verdi

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” bu gün Tailand çempionatında 7-ci turun oyununa çıxıb.

 

Manset.az xəbər verir ki, komanda öz meydanında "Çonburi" ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

Şeydayev görüşə start heyətdə başlayıb və 90+1-ci dəqiqədə əvəzlənib.

"Buriram Yunayted" - "Çonburi" - 2:2

Qollar: Doumboya, 7 (1:0), Promsrikaeş, 69 (1:1), Jayded, 73 (2:1), Murilo, 80 (2:2)

Bu nəticədən sonra "Buriram Yunayted" 6 oyuna 14 xalla 3-cü pillədə qərarlaşıb.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az