Krivotsyukun komandasından qələbə

19:25 - 08 Oktyabr 2023

Krivotsyukun komandasından qələbə

Futbol üzrə Cənubi Koreya çempionatında 33-cü turun oyunları keçirilib.

 

Manset.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Jeju Yunayted”lə qarşılaşıb və 1:0 hesabıyla qalib gəlib.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 90+1-ci dəqiqədə sarı vərəqə də alıb.

“Daejeon” hazırda 45 xalla 8-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az