Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyespor" Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.
Manset.az xəbər verir ki, komanda 8-ci turda "Altay"ın qonağı olub və 3:0 hesablı qələbə qazanıb.
Start heyətdə meydana çıxan Diniyev komandasının ilk qolunu vurub. 67-ci dəqiqədə fərlənən Coşqun 77-ci dəqiqədə əvəzlənib. "Ümraniyespor"un digər qollarını isə Onun Ayik (78) və Mert Muhammed (90) vurub.
Beləliklə, bu ilin yayında "Ümraniyespor"a keçən Diniyev komandasında ilk qolunu vurub.
"Ümraniyespor" bu nəticədən sonra 5 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Superliqa təmsilçisi "Hatayspor"da çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov bu gün 8-ci turda "Konyaspor"la keçirilən oyunda (3:1) dubl edib.