Məşhur futbolçu yeni rekorda imza atdı

09:21 - 09 Oktyabr 2023

Məşhur futbolçu yeni rekorda imza atdı

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Mats Hummels yeni rekorda imza atıb.

 

Manset.az xəbər verir ki, 34 yaşlı müdafiəçi buna "Union"a (Berlin) 4:2 hesabı ilə qalib gəldikləri VII turun oyununda nail olub.

Bundesliqada 207-ci qələbəsini qazanan təcrübəli oyunçu Dortmund təmsilçisinin sabiq yarımmüdafiəçisi Mixael Sorkun (206) rekordunu qırıb.

Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Mats Hummels 2008-2016-cı illərdə "Borussiya"da çıxış edib. 2016-2019-cu illərdə Münhen təmsilçisinin formasını geyinən futbolçu 2019-cu ildə yenidən "qara-sarılar"a qayıdıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az