Azərbaycanın futzal millisinin heyətində dəyişiklik edildi

10:00 - 09 Oktyabr 2023

Azərbaycanın futzal millisinin heyətində dəyişiklik edildi

DÇ-2024-ün elit mərhələsində Qazaxıstanla üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat verilib. Bakıdakı matçda (2:4) sarı vərəqə alaraq cəzalı duruma düşən Felipinyo səfərə aparılacaq heyətdən kənarlaşdırılıb.

Onun əvəzinə “Neftçi” İK-nın üzvü Əmir Şocayi komandaya dəvət olunub.

Qeyd edək ki, oktyabrın 11-də Astanada reallaşacaq Qazaxıstan - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az