“Turan Tovuz”un baş məşqçisi komandada yubiley oyununa çıxdı

10:33 - 09 Oktyabr 2023

“Turan Tovuz”un baş məşqçisi komandada yubiley oyununa çıxdı

“Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi dövründə 50-ci oyununu keçirib.

 

Manset.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının IX turuna təsadüf edib.

Kollektiv səfərdə “Zirə”yə 1:2 hesabı ilə uduzub.

Abbasov 2022-ci ilin yayından Tovuz klubunun baş məşqçisidir. Bu müddətdə komandası 45 çempionat və 5 kubok görüşünə çıxıb.

"Turan Tovuz" bu qarşılaşmalarda 16 qələbə qazanıb və 12 heç-heçə edib. Tovuz təmsilçisi Abbasovun baş məşqçiliyi altında 22 dəfə uduzub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az