Eddi İsrafilov Azərbaycan millisinin heyətindən çıxarılıb.
Manset.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, buna səbəb yarımmüdafiəçinin zədədən əziyyət çəkməsidir.
“Neftçi”nin oyunçusu AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya ilə keçiriləcək qarşılaşmalarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, oktyabrın 13-də Estoniyanın qonağı olacaq Canni De Byazinin kollektivi bundan üç gün sonra Bakıda Avstriyanı qəbul edəcək.