"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 2023/24 mövsümünün favoriti hesab etdiyi klubların adlarını açıqlayıb.
Manset.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəsis öz komandasını, "Barselona"nı, "Bavariya"nı və "Mançester Siti"ni fərqləndirib:
“Çempionlar Liqasının favoriti hesab etdiyim komandalar "Real", "Barselona", "Mançester Siti" və "Bavariya"dır".
Qeyd edək ki, "Real" tarixində 14 dəfə Çempionlar Liqasının qalibi olub. “Bavariya” bu turnirin kubokunu 6, “Barselona” 5 dəfə qazanıb. “Mançester Siti” isə Çempionlar Liqasının son qalibidir.