Millimiz növbəti dəfə Qazaxıstana uduzdu

20:03 - 11 Oktyabr 2023

Millimiz növbəti dəfə Qazaxıstana uduzdu

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununu keçirib.

 

Manset.az xəbər verir ki, A qrupunda yer alan yığma IV turda Qazaxıstanla üz-üzə gəlib.

Beş gün əvvəl Bakıda rəqibinə uduzan (2:4) Vitali Borisovun baş məşqçi olduğu komanda bu dəfə də məğlubiyyətlə üzləşib.

Astanadakı Jekpe-Jek Sarayında reallaşan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin heyətində Amedeu və Everton Kardoso fərqlənib. Qazaxıstan seçməsi 12 xalla qrupun lideridir. Borisovun rəhbərlik etdiyi kollektiv 3 xalla üçüncü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az