"Şanslarımız oldu, amma fərqlənə bilmədik" - Vitali Borisov

20:32 - 11 Oktyabr 2023

\"Şanslarımız oldu, amma fərqlənə bilmədik\" - Vitali Borisov

“Oyun kifayət qədər gərgin keçdi. Hesabda 2 top fərqi ilə önə keçsək də, üstünlüyümüzü qoruya bilmədik. Rəqib bu gün bizdən daha yaxşı oynadı, qol epizodları çox oldu. Qazaxıstan millisini təbrik edirəm. Uşaqlar sona qədər mübarizə apardılar, əllərindən gələni etdilər".

 

Manset.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi  Vitali Borisov DÇ-2024-ün elit mərhələsində Qazaxıstana 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"5-in 4-ə oynayan zaman şanslarımız oldu, amma fərqlənə bilmədik. Növbəti oyunu düşünməliyik. Bakıda Rumıniya ilə qarşılaşacağıq. Bu matçda qələbə qazanmalıyıq ki, mübarizəni davam etdirmək imkanımız olsun. Düzdür, heyətimizdə itkilər olacaq. Bu gün sarı vərəqə alan Eduardo cəzalı duruma düşdü. Əvəzində analoji səbəbdən Astanadakı oyunu buraxan Felipinyo komandaya qoşulacaq” - deyə o bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az