Türkiyə Superliqadaasında 8 həftədə 4 qələbə və 4 məğlubiyyətdən sonra 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan "Trabzonspor" çalışdırıcı Nenad Bjelica ilə yollarını ayırıb.
Manset.az xəbər verir ki, bu barədə klub məlumat yayıb:
"Klubumuz və baş məşqçimiz Nenad Bjelica arasındakı 31 May 2025-ci il tarixli bitmə tarixi olan məşqçi müqaviləsi qarşılıqlı olaraq ləğv edildi”.
Hazırda klubda baş məşqçi postuna namizən olaraq Abdullah Avcının adı hallanır.
“Bordo-mavili”lərin rəhbərliyi ilə bu gün şəhərə gəlməsi gözlənilən Avcı arasında 2 illik müqavilə imzalaması gözlənilir.