Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar olaraq “Kəpəz” ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək.
Manset.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Gəncə təmsilçisinin müraciəti, “Turan Tovuz”un razılıq məktubu nəzərə alınaraq, “Kəpəz”in Tovuzda oynaması ilə bağlı qərar qəbul edilib.
Tərəflərin razılığı ilə Azər Məmmədovun yetirmələri ev matçlarını bu arenada keçirəcəklər. “Kəpəz”in əvəzedici heyəti isə Gəncə şəhər stadionunun ehtiyat meydançasından istifadəyə davam edəcək.
Yuxarıda qeyd olunan məqamlarla əlaqədar olaraq PFL Azərbaycan Premyer Liqasının və Əvəzedicilər Liqasının X turunun cədvəllərində aşağıdakı dəyişiklikləri həyata keçirib.
Azərbaycan Premyer Liqası
X tur
21 oktyabr
15:00. “Kəpəz” - “Zirə”
Tovuz şəhər stadionu
Əvəzedicilər Liqası
X tur
19 oktyabr
14:00. “Turan Tovuz-2” - “Qarabağ-2”
Tovuz şəhər stadionu
Qeyd edək ki, “Turan Tovuz-2” - “Qarabağ-2” matçının oktyabrın 21-də keçirilməsi planlaşdırılırdı.