"Avro-2024-ün qalibi olmaq istəyirik"

01:02 - 16 Oktyabr 2023

\"Avro-2024-ün qalibi olmaq istəyirik\"

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann ölkəsinin ev sahibliyi edəcəyi Avro-2024 barədə danışıb.

 

Manset.az xəbər verir ki, o və Avropa çempionatının qalibi olmaq istədiklərini bildirib:

"Biz bu turnirin qalibi olmaq istəyirik. Biz parlaq futbol nümayiş etdirməliyik və bütün ölkə bizə dəstək olmalı, bizimlə fəxr etməlidir. Bu, bizi uğura aparacaq".

Xatırladaq ki, Almaniyada futbol üzrə 17-ci Avropa çempionatı keçiriləcək. Matçlara 10 şəhər ev sahibliyi edəcək. Avropa çempionatının açılış oyunu Münhendə, final isə Berlində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az