“İkardi Lautaro Martinezdən yaxşıdır” - "Qalatasaray"ın futbol direktoru

15:12 - 17 Oktyabr 2023

“İkardi Lautaro Martinezdən yaxşıdır” - \"Qalatasaray\"ın futbol direktoru

"Qalatasaray"ın futbol direktoru Cenk Ergün İtaliya mətbuatına təəccüblü açıqlamalar verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Cenk Ergün “La Gazzetta dello Sport”a verdiyi müsahibədə futbolçu Mauro İkardini Lautaro Martinezdən daha yaxşı hesab etdiyini bildirib:

''Türkiyədə insanların ən sevimli oyunçusu Mauro İkardidir. Mənim üçün bir fenomendir. “Qalatasaray”a gəldiyim gündən bəri gördüyüm ən yaxşı futbolçulardan biridir. Məqsədi görmür, hiss edir. Bu xüsusiyyət yalnız saf forvardlarda olur. İtaliyada hamınız İkardidən daha az qol vuran Lautaronu sevirsiz. Üstəlik, İkardinin çıxış etdiyi “İnter” daha aşağı səviyyəli heyətə malikdi. Buna görə hamıya deyirəm ki, İkardi ən yaxşısıdır. Onun meydandan kənar münasibəti də çox yaxşıdır. O, gözəl ailəsi olan yaxşı uşaqdır. Bütün istirahət günlərini ailəsi ilə keçirir. Onlar birlikdə İstanbulu gəzirlər. Vanda fürsət düşən kimi İstanbuldakı məscidləri ziyarət edir”.

Əfsanə

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az