Bugünkü oyunlar 1 dəqiqəlik sükutla başlayacaq

19:47 - 17 Oktyabr 2023

Bugünkü oyunlar 1 dəqiqəlik sükutla başlayacaq

Avro-2024-ün seçmə mərhələsinin bu gün keçiriləcək 7 oyunu 1 dəqiqəlik sükutla başlayacaq.

 

Manset.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Qərara səbəb ötən gecə Belçika - İsveç görüşü zamanı Brüsseldə silahlı atışmanın olması və 2 nəfərin həyatını itirməsidir. 

Məlumatda bildirilib: "Bu gecə Avro-2024-ün seçmə mərhələsinin bütün matçlarında Belçika - İsveç oyunu zamanı Brüsseldə baş vermiş terror aktının iki qurbanının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək".

Xatırladaq ki, ötən gecə Belçika - İsveç oyunu yarımçıq dayandırılıb və təxirə salınıb. Matçın ilk hissəsi 1:1 hesabı ilə yekunlaşmışdı.

Qeyd edək ki, bu gün Finlandiya - Qazaxıstan, San Marino - Danimarka, Malta - Ukrayna, Serbiya - Monteneqro, Litva - Macarıstan, Şimali İrlandiya - Sloveniya, İngiltərə - İtaliya görüşləri keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az