İstanbul derbilərində qonaq azarkeşlərə qoyulan qadağa ləğv edildi

13:55 - 18 Oktyabr 2023

İstanbul derbilərində qonaq azarkeşlərə qoyulan qadağa ləğv edildi

Türkiyə Superliqası çərçivəsində keçiriləcək İstanbul derbilərində qonaq komandaların azarkeşləri üçün qoyulan qadağa aradan qaldırılıb. 

 

Manset.az xəbər verir ki, bundan sonra “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” arasında keçiriləcək matçlarda komandaların səfər oyunlarında fanatları tribunalarda yer ala biləcək. 

Qeyd edək ki, Superliqanın 9-cu turunda, oktyabrın 21-də “Qalatasaray” “Beşiktaş”ı qəbul edəcək. Bu oyunda “Beşiktaş” azarkeşləri tribunada ola biləcəklər. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az