Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann “Bavariya”nın qapıçısı Manuel Noyeri yığmada kapitan sarğısından məhrum edib.
Manset.az "Bild"ə istinadən xəbər verir ki, o, 2024-cü il Avropa çempionatı zamanı "Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğanın kapitan olaraq qalacağını deyib.
Bildirilib ki, Noyer artıq Almaniya millisinin əsas qapıçısı olmaq zəmanətinə malik deyil və o, “Bavariya”nın əsas komandasına qayıtdıqdan sonra Almaniya yığmasına çağırılmaq üçün mübarizə aparmalı olacaq.
Naqelsmann 2023-cü ilin sentyabrında milli komandanın başına keçib.