Messidən Neymara dəstək

23:17 - 19 Oktyabr 2023

Messidən Neymara dəstək

“İnter Mayami”nin hücumçusu Lionel Messi ciddi zədə alan “Əl-Hilal”ın futbolçusu Neymara dəstək olub.

 

Maset.az xəbər verir ki, argentinalı hücumçu sosial şəbəkə hesabında keçmiş komanda yoldaşının şəklini paylaşaraq, “Sənə çoxlu güc arzulayıram” yazıb.

Xatırladaq ki, Braziliya millisinin DÇ-2026-nın seçmə mərhələsinin qrup mərhələsinin 4-cü turunda Uruqvayla oyununda (0:2).Neymar ciddi zədə alıb. Dizindən zədə alan futbolçu çarpaz bağlarından əməliyyat olunacaq və uzun müddət meydana çıxa bilməyəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az