AFFA "Sabah"ın şikayətini qismən təmin etdi

18:36 - 20 Oktyabr 2023

AFFA \"Sabah\"ın şikayətini qismən təmin etdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sabah”ın futbolçusu Tuncay Cəfərli ilə bağlı klubun apellyasiya şikayəti haqda qərarını açıqlayıb.

 

Manset.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Sabah"ın şikayəti qismən təmin edilib.

AFFA Gənclər Liqasında çıxış edən oyunçunun 4 matçlıq cəzası 2-yə endirilib.

“Araz-Naxçıvan”la görüşdə topsuz sahədə rəqibi vurduğu üçün qırmızı vərəqə alan T.Cəfərli AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiya olunmuşdu. Lakin Apellyasiya Arbitraj Tribunalı bu qərarı ləğv edib.

Futbolçunun davranışı ciddi qayda pozuntusu kimi qiymətləndirilib və ona 2 matçlıq cəza verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az