“Mançester Yunayted”in əfsanəvi futbolçusu Bobbi Çarlton 86 yaşında vəfat edib.
Manset.az "Sky Sports"a istinadən xəbər verir ki, bu barədə ailəsi məlumat verib.
“Ser Bobbinin şənbə günü səhər erkən saatlarında dinc şəkildə vəfat etdiyi xəbərini böyük kədərlə bölüşürük. O, ailəsinin əhatəsində olub”, - açıqlamada bildirilib.