“Qalatasaray”-“Beşiktaş” matçının son dəqiqələrində zədələnən məşhur futbolçu Mauro İkardi yoxlanılması üçün xəstəxanaya aparılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, MRT çəkilən futbolçunun səhhətinin vəziyyəti ilə bağlı klubun açıqlaması ilə kifayətlənməyən “Qalatasaray” azarkeşinin xəstəxanaya zəng edərək İkardinin vəziyyəti ilə maraqlanması böyük marağa səbəb olub.
Xəstəxanaya zəng edən azarkeş "İkardi xəstəxananıza gəlib, Mauro İkardi. Onun haqqında məlumat almaq istədim, çərşənbə axşamı günkü matçda oynayacaqmı? Bu, bizim üçün çox önəmlidir. Bir açıqlama verilib, amma tam açıqlanmayıb”, - deyib.
Qeyd edək ki, Superliqanın 9-cu həftəsində “Qalatasaray” öz meydanında “Beşiktaş”ı 2:1 hesabı ilə məğlub edib.
Əfsanə
Manşet.az