Sarı-qırmızılıların "Beşiktaş"a 2:1 hesabı ilə qalib gəldiyi derbi matçında 2 qol vuraraq ulduza çevrilən və matçın son anlarında zədələnən Mauro İkardinin vəziyyəti maraq doğurub.
Manset.az Qalatasaray Klubuna istinadən xəbər verir ki, Mauro İkardi Bayern Münhen matçından əvvəl meydanda iştirak etməyib.
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk da argentinalı hücumçunun vəziyyətinin son məşqdə aydınlaşacağını bildirib.
30 yaşlı ulduzun müalicəsinin davam etdiyi və İkardinin xüsusi araşdırmadan keçdiyi bildirilib.
"Bavariya" matçı öncəsi baş məşqçi Okan Buruk ilə mətbuat konfransında "Qalatasaray"ın milli futbolçusu Kaan Ayhan da iştirak edib.
Jalə
Manşet.az