Əliyar Ağayev "Frayburq"un oyununu idarə edəcək

11:33 - 24 Oktyabr 2023

Əliyar Ağayev \"Frayburq\"un oyununu idarə edəcək

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 26-da, TSC Arenada keçiriləcək “Baçka Topola” (Serbiya) – “Frayburq” (Almaniya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

 

Manset.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinə təyinat alıb. 

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Oyunun VAR hakimləri türkiyəli Alper Ulusoy və Abdulkadir Bitigendir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az