“Qarabağ”ın “Bayer”lə səfər oyunu rumınlara tapşırıldı

13:21 - 24 Oktyabr 2023

“Qarabağ”ın “Bayer”lə səfər oyunu rumınlara tapşırıldı

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Almaniyanın “Bayer” və Azərbaycanın “Qarabağ” komandaları arasında keçiriləcək oyunun təyinatları bəlli olub.

 

Manset.az xəbər verir ki, qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Horatiu Feşniçə laynsmanlar qismində Valentin Avram və Alexandru Cerei kömək edəcəklər. Dördüncü hakim funksiyasını Szabolş Kovaç yerinə yetirəcək. VAR-da portuqaliyalı Tiaqu Marins və italiyalı Paolo Valeri olacaq.

Oktyabrın 26-da baş tutacaq “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az