Xanım idmançımızdan yüksək nəticə - FOTO

20:44 - 26 Oktyabr 2023

Xanım idmançımızdan yüksək nəticə - FOTO

Stolüstü tennisçimiz Mərziyyə Nurmətova Misirin paytaxtı Qahirədə keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində bürünc medal qazanıb.

 

Manset.az xəbər verir ki, milli komandanın məşqçisi Elnur Hidayətzadənin rəhbərliyi ilə yarışda iştirak edən tennisçi qarışıq qoşa turnirdə birgə mübarizə apardığı yəmənli Ebrahim Qurbanla fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Mərziyyə Nurmətova ilə Yağmur Məmmədli sabah şəxsi yarışlarda bacarığını göstərəcəklər.

Beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az