Superliqa klubunda yeni baş məşqçi

00:22 - 28 Oktyabr 2023

Superliqa klubunda yeni baş məşqçi

Türkiyə Superliqası komandalarından "Konyaspor"un yeni baş məşqçisi müəyyənləşib.

 

Manset.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komandaya Hakan Keleş baş məşqçilik edəcək. Onunla 2023/24 mövsümünün sonunadək müqavilə imzalanıb. 51 yaşlı mütəxəssis bu vəzifədə Aleksandar Stanoyeviçi əvəzləyib.

H.Keleşin son klubu isə "Giresunspor" olub (2020-2023). 

Qeyd edək ki, "Konyaspor" hazırda Superliqanın turnir cədvəlində 9 xalla 15-cidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az