"Beşiktaş"ın yeni baş məşqçisi bəlli oldu

10:15 - 07 Noyabr 2023

\"Beşiktaş\"ın yeni baş məşqçisi bəlli oldu

"Beşiktaş" klubunda Şenol Günəşdən sonra baş məşqçi vəzifəsini Burak Yılmaz icra edir.

 

Manset.az Offsideplus.az-a istinadən xəbər verir ki, komandanın sükanı arxasına "qara-ağlar"ın sabiq çalışdırıcısı Mirça Luçesku keçə bilər.

"Dinamo"dan ayrılan baş məşqçi və "Beşiktaş" klubu arasında hazırda danışıqların aparıldığı bildirilir. Bu barədə Rumıniya mətbuatı xəbər yayıb.

Qeyd edək ki, rumın mütəxəssis 2002-2004-cü illərdə də "Beşiktaş"ı çalışdırıb. Türkiyə komandası onun rəhbərliyi altında 2003-cü ildə klubun yüzillik yubileyi zamanı çempion olmuşdu.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az