Azərbaycanın U-19 millisinin oyunlarının hakimləri müəyyənləşdi

18:00 - 09 Noyabr 2023

Azərbaycanın U-19 millisinin oyunlarının hakimləri müəyyənləşdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 15-21 noyabr tarixlərində Lüksemburqda keçirəcək oyunları idarə edəcək hakimlər açıqlanıb. 

 

Manset.az  AFFA-nın saytına istinadən xəbər verir ki, oyunların təqvimini və hakim təyinatları aşağıdakı kimidir: 

15 noyabr.

19:00. Azərbaycan – Bosniya və Herseqovina
Baş hakim: 
Mikkel Redder (Danimarka)
Baş hakimin köməkçiləri: Rene Risum (Danimarka), Kevin Stammet (Lüksemburq)
Dördüncü hakim: Loik Thomas (Lüksemburq)
Stade de la Frontiere

18 noyabr

19:00. Niderland – Azərbaycan
Baş hakim: 
Yoonas Yaanovits (Estoniya)
Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Kevin Stammet (Lüksemburq)
Dördüncü hakim: Loik Thomas (Lüksemburq)
Terrain Poetz stadionu

21 noyabr

 21:00. Lüksemburq – Azərbaycan
Baş hakim:
 Yoonas Yaanovits (Estoniya)
Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Denis Emelyanchikov (Belarus)
Dördüncü hakim: Dmitri Dmitryiev (Belarus)
Terrain Poetz stadionu

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az