“Qarabağ”ın qapıçısı Andrey Lunyov Almaniyanın “Bayer 04” klubuna qarşı keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda zədələnib.
Manset.az-ın məlumatına görə, rusiyalı qolkiper Bakıdakı qarşılaşmanın ikinci hissəsində dizindən xəsarət alıb.
Matçı sona qədər davam etdirə bilməyən təcrübəli qolkiper 85-ci dəqiqədə Luka Quqeşaşvili ilə əvəzlənib.
Qeyd edək ki, hazırda son dəqiqələri gedən görüşdə hesab 0:0-dır.