Yaxın rəfiqəsinin ürəyi əməliyyat stolunda dayandı

19:01 - 10 Noyabr 2023

Yaxın rəfiqəsinin ürəyi əməliyyat stolunda dayandı

“Əl-Hilal”ın hücumçusu Neymar yaxın dostu Luana Andradenin ailəsinə başsağlığı verib.

 

Manset.az  “The New York Post”a istinadən bildirir ki, 29 yaşlı qız dizindəki piylərin çıxarılması əməliyyatı nəticəsində dünyasını dəyişib. Faciə bazar ertəsi San-Pauludakı xəstəxanada baş verib. Əməliyyat başlayandan iki saat sonra Andradenin ürəyi dayanıb.

Cərrahlar dərhal əməliyyatı dayandırıb və geniş tromboz aşkar edilən xəstəni müayinə ediblər. Qız reanimasiya şöbəsinə yerləşdirilib və orada çərşənbə axşamı yerli vaxtla səhər saat 5:30-da dünyasını dəyişib.

“İki pis xəbərlə kədərli gün. Birincisi, Brunun valideynlərinə hücum (Bruna Biankardi, Neymarın sevgilisi – red), amma Allaha şükür hər şey qaydasındadır!

İkincisi, dostumun vəfatı. Bütün ailəsinə başsağlığı verirəm, Allah Luananı qəbul etsin", - Neymar sosial şəbəkələrdə yazıb.
Qeyd edək ki, Andrade Braziliyada çox məşhur model, televiziya ulduzu idi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az