Andrey Lunyovun durumu bilindi

20:55 - 10 Noyabr 2023

Andrey Lunyovun durumu bilindi

"Qarabağ"ın qapıçısı Andrey Lunyovun durumuna aydınlıq gəlib.

 

Manset.az  TASS-a istinadən xəbər verir ki, ötən gün Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Bayer"lə görüşdə (0:1) zədələnən rusiyalı qolkiper təxminən 14 gün yaşıl meydanlardan kənarda qalacaq. Bu haqda Ağdam təmsilçisinin həlkimi Gena Kislari bildirib. O, qapıçının Rusiya millisinin qarşıdakı təlim-məşq toplanışına da qatıla bilməyəcəyini qeyd edib.

Qeyd edək ki, Lunyov bu mövsüm "Qarabağ"ın heyətində 9 oyunda iştirak edib, 9 qol buraxıb.

Əlavə edək ki, noyabrın 20-də Rusiya millisi Kuba ilə yoldaşlıq oyunu keçirəcək. Görüş Volqoqradda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az