Həmin məğlubiyyətin əvəzini çıxmaq istəyirik - Mahmudov

19:34 - 15 Noyabr 2023

Həmin məğlubiyyətin əvəzini çıxmaq istəyirik - Mahmudov

Sabah güclü rəqiblə qarşılaşacağıq. Çalışacağıq ki, maksimum gücümüzü ortaya qoyaq.

 

Manset.az  xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin kapitanı Emin Mahmudov Avro-2024-ün seçmə mərhələsində Bakıda İsveç yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

31 yaşlı yarımmüdafiəçi rəqibin keyfiyyətli futbolçulardan təşkil olunduğunu bildirib:

"İsveç iddialı komanda olsalar da, məqsədimiz yalnız qələbədir. Səfərdəki qarşılaşmada yaxşı oyun nümayiş etdirə bilməmişdik. Bu isə komandaya pis təsir etmişdi. Top daha çox bizdə oldu, 60-cı dəqiqəyə qədər yaxşı müdafiə olunduq, amma ağır məğlubiyyətlə üzləşdik. Həmin məğlubiyyətin əvəzini çıxmaq istəyirik”.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq Azərbaycan - İsveç görüşü saat 21:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az