Azərbaycanın U-19 millisi Bosniya və Herseqovina ilə heç-heçə etdi

22:37 - 15 Noyabr 2023

Azərbaycanın U-19 millisi Bosniya və Herseqovina ilə heç-heçə etdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib. 

 

Manset.az  xəbər verir ki, Lüksemburqda təşkil olunmuş turnirdə Bosniya və Herseqovina yığması ilə qarşılaşan millimiz heç-heçə edib – 0:0. 

U-19 seçmə mərhələdə növbəti oyununu noyabrın 18-də Niderlandın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az