AFFA İntizam Komitəsi Azərbaycan 2-ci liqasının 11-ci turunda keçirilən matçlardakı qayda pozuntları ilə əlaqədar qərarlar qəbul edib.
Manset.az xəbər verir ki, “Kür-Araz” – “Baku Sportinq” oyununun fasiləsində hakimin qərarına etiraz görə ikinci sarıdan qırmızı vərəqə almış “Kür-Araz” klubunun baş məşqçisinin köməkçisi Üzeyir Sefizadə matç başa çatdıqdan sonra hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanıb, “Kür-Araz” klubu 400 manat cərimə edilib.
“Füzuli” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şahdağ Qusar” klubu 70 manat cərimə edilib.
Eyni oyunun 90+4-cü dəqiqəsində “Şahdağ Qusar” klubunun 8 nömrəli futbolçusu Fərman Qənbərov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Şahdağ Qusar” klubu 50 manat cərimə edilib.
13.11.2023-cü il tarixində II Liqanın XI turunun “Qusar” – “Ağdaş” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qusar” klubu 100 manat cərimə edilir (maddə 72.4);
“Kürmük Qax” –Lerik” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Kürmük Qax” klubu 100 manat cərimə edilib.
“Dinamo” – “Şəfa” oyununda “Dinamo”nu 4 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimə edilib.
“Dinamo” – “Şəfa” oyununun 41-ci dəqiqəsində “Dinamo”nun 1 nömrəli futbolçusu İbrahim Bağırov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 80 manat cərimə edilib.
“Cəbrayıl” – “Şəki Siti” oyununda “Şəki Siti”nin 4 futbolçusu sarı vərəqə aldığına görə “Şəki Siti” klubu 70 manat cərimə edilib.
“Göygöl” – “Şəmkir” oyununda “Göygöl” klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.