“Milan”ın əfsanəsi “Mançester Yunayted”ə keçdi

19:44 - 18 Noyabr 2023

“Milan”ın əfsanəsi “Mançester Yunayted”ə keçdi

Əfsanəvi italiyalı futbolçu Paolo Maldini İngiltərə nəhəngi "Mançester Yunayted"də çalışacaq.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis Premyer Liqa təmsilçisinin idman direktoru vəzifəsini icra edəcək.

Rəhbər heyətdə ciddi dəyişikliklər etməyi planlaşdıran "qırmızı şeytanlar" Maldini ilə hərtərəfli razılığa gəlib.

Qeyd edək ki, əfsanəvi müdafiəçi 4 il texniki direktoru olduğu "Milan"dan bu ilin iyununda ayrılıb. Maldini həm də ABŞ-ın "Mayami" klubunun sahibidir.

Xatırladaq ki, P.Maldini futbolçu karyerası ərzində 1984-2009-cu illərdə yalnız "Milan"ın formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az