“Kəpəz”, “Araz-Naxçıvan” və MOİK-in rəqibləri bilindi

18:00 - 19 Noyabr 2023

“Kəpəz”, “Araz-Naxçıvan” və MOİK-in rəqibləri bilindi

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin daha 3 oyunu keçirilib.

 

Manset.az-ın məlumatına görə, “Cəbrayıl” “Ağdaş”ı (2:0), “Kür-Araz” “Sheki City”ni (2:1), “Baku Sportinq” isə “Kürmük Qax”ı (6:0) məğlub edib.

Beləliklə, “Cəbrayıl”, “Kür-Araz” və “Baku Sportinq” II təsnifat mərhələsinə vəsiqə əldə ediblər. Həmin raundda “Cəbrayıl” səfərdə MOİK-lə, “Kür-Araz” evdə “Araz-Naxçıvan”la qarşılaşacaq, “Baku Sportinq” isə “Kəpəz”in qonağı olacaq.

II raundun görüşləri 28-30 noyabr tarixlərində baş tutacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinə noyabrın 20-də keçiriləcək “Şəfa” – “Şəmkir” oyunu ilə yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az