Haaland bu kluba keçə bilər: Futbolçunun agenti gündəmi alt-üst etdi

17:14 - 20 Noyabr 2023

Haaland bu kluba keçə bilər: Futbolçunun agenti gündəmi alt-üst etdi

“Mançester Siti” klubunun hücumçusu Erlinq Haalandın agenti Rafaela Pimenta “Real Madrid”in hücumçu ilə maraqlandığını açıqlayıb.

 

Manset.az metbuat.az-a istinadən xəbər verir ki, o bildirib ki, Haaland “Real”ın təklifinə hələlik cavab verməyib. Onun sözlərinə görə, 23 yaşlı futbolçu qərarı özü verməlidir. Rafaela Pimentanın sözlərinə görə, Haaland həmişə özünün və “Mançester Siti”nin maraqlarına uyğun davranır.

“Tərəflərin hamısı dəyişikliyə hazır olduqda bu keçid baş tuta bilər. Erlinq həmişə “Mançester Siti”yə hörmətlə yanaşır və klubunu dəyişmək istəsə, bu barədə komanda nümayəndələrinə əvvəlcədən məlumat verəcəyik” - agent Rafaela Pimenta deyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az