Messinin DÇ-2022 formaları 10 milyon avroya hərraca çıxarılacaq

19:42 - 20 Noyabr 2023

Messinin DÇ-2022 formaları 10 milyon avroya hərraca çıxarılacaq

Argentina millisinin hücumçusu Lionel Messinin DÇ-2022-də geyindiyi formalar kolleksiyası hərraca çıxarılacaq .

 

Manset.az  "Daily Mail"ə istinadən xəbər verir ki, ümumilikdə kolleksiyada 6  forma (o cümlədən finalda geyinilən forma) yer alacaq. Kolleksiyanın ümumi məbləği ən azı 10 milyon dollar olacaq.

Satış idman xatirələri üçün rekord ola bilər. Rekord 2022-ci ilin sentyabrında, basketbol əfsanəsi Maykl Cordanın 1998-ci ildə Yuta ilə NBA Playoff Finalında Çikaqoda geyindiyi oyun forması hərracda 10.091.000 dollara satıldığı zaman qeydə alınıb.

Lionel Messi Argentina millisi ilə 2022-ci il dünya çempionatının qalibi olub və karyerasında ilk dəfə dünya çempionu adına yiyələnib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az