"Borussiya"nın futbolçusu xərçəng xəstəliyindən sağaldı

18:42 - 21 Noyabr 2023

\"Borussiya\"nın futbolçusu xərçəng xəstəliyindən sağaldı

Münhenqladbax "Borussiya"sının və Avstriya millisinin müdafiəçisi Ştefan Layner xərçəng xəstəliyindən sağalıb.

 

Manset.az  xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2023-cü ilin iyununda müdafiəçiyə limfoma diaqnozu qoyulub. Xərçəng erkən mərhələdə aşkarlandığı üçün 31 yaşlı futbolçu dərmanla müalicə olunub.

Qeyd edək ki, Ş.Layner “Borussiya”nın heyətində 125 oyuna çıxıb, 4 qol vurub və 13 qolun ötürməsini verib.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az