Pley-off mərhələsinin püşkü atıldı

16:23 - 23 Noyabr 2023

Pley-off mərhələsinin püşkü atıldı

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin püşkü atılıb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, A, B və C Yolunda üz-üzə gələcək komandalar bəlli olub.

A Yolunda Polşa - Estoniya, Uels - Finlandiya, B yolunda İsrail - İslandiya, Bosniya və Herseqovina - Ukrayna, C Yolunda Gürcüstan - Lüksemburq və Yunanıstan - Qazaxıstan görüşləri baş tutacaq.

Qeyd edək ki, qalib gələn komandalar finala vəsiqə qazanacaqlar. Yekunda Almaniyaya gedəcək son üç yerin sahibi bəlli olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az