"Betis" məşhur futbolçusu İsko ilə müqaviləsini yeniləyib.
Mansset.az xəbər verir ki, bu barədə klubun mətbuat xitməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, İsko mövsümün əvvəlindən "Betis"də çıxış edir. İspaniyalı futbolçu komandanın heyətində çıxdığı 23 matçda 3 qol vurub və 4 qolun ötürməsini verib.