"Tottenhem"in qapıçısı Huqo Lloris karyerasını MLS-də mübarizə "Los-Anceles"də davam etdirəcək.
Manset.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
“Tottenhem” artıq 37 yaşlı qolkiperin ABŞ təmsilçisinə transferinə razılıq verib. Bu transferin 2024-cü ilin yanvar ayında rəsmən açıqlanacağı bildirilir.
Xatırladaq ki, Lloris 2012-ci ildən "Tottenhem"də oynayır. Bu müddət ərzində o, 444 qarşılaşmada iştirak edib.