Millimiz ilk oyunda məğlub oldu

18:43 - 03 Yanvar 2024

Millimiz ilk oyunda məğlub oldu

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxıb.

 

Manset.az  xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Estoniya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma millimizin 0:3 (10:25, 15:25, 22:25) hesablı məğlubiyyəti ilə bitib.

U-20 növbəti günlərdə Latviya, Ukrayna və Polşa ilə də görüşəcək.

Yanvarın 7-dək davam edəcək yarış AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az