Azərbaycanın daha üç cüdoçusu Qran-pridə mübarizəyə qoşulur

11:43 - 28 Yanvar 2024

Azərbaycanın daha üç cüdoçusu Qran-pridə mübarizəyə qoşulur

Portuqaliyanın Odivelaş şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinə bu gün yekun vurulacaq.

 

Manset.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın daha üç cüdoçusu tatamiyə çıxacaq.

Elcan Hacıyev (90 kiloqram) avstriyalı Adam Borçaşvilli, Vüqar Talıbov (90 kiloqram) misirli Ali Hazemlə qarşılaşacaq.

Uşangi Kokauri (+100 kiloqram) isə türkiyəli Munir Ertuqla üz-üzə gələcək.

Qeyd edək ki, Qran-pri turnirində indiyədək Yaşar Nəcəfov (66 kiloqram) gümüş, Turan Bayramov (60 kiloqram), Kamran Süleymanov (66 kiloqram) və Səid Mollayi (81 kiloqram) bürünc medal qazanıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az