"Problemimiz qol vura bilməməyimizdir" - Azər Bağırov

18:12 - 28 Yanvar 2024

\"Problemimiz qol vura bilməməyimizdir\" - Azər Bağırov

"Maraqlı görüş izlədik. Sevindirici haldır ki,bəzi futbolçularımız xəstə olmalarına baxmayaraq, meydanda mübarizə apardılar. "Qarabağ"la matçdan sonra yaxşı oyun gördüm".

 

Manset.az  xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 20-ci turunda bu gün "Sumqayıt"la keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib. 

Komandasının əsas problemini açıqlayan A. Bağırov futbolçularının istədiyi oyunu göstərdiyini də qeyd edib: "Yeni qurulmuş komandayıq. Səhvlərimiz ola bilər. Hələ hər şey qabaqdadır. Bu gün 27 xal toplamışıqsa, meydanda futbol görürüksə, bu, sevindirici haldır. Bəli, qollar vura bilmirik. Problemlərimiz buradadır. Çalışacağıq ki, bunları aradan qaldıraq. Hər oyunda çoxlu qol epizodları yaradırıq. Bizim qapıda isə iki epizoddan biri qola çevrilir. Komanda meydanda mənim istədiyim futbolu göstərir".

Baş məşqçi ümumilikdə rəqibdən daha üstün oynadıqlarını bildirib: "İlk yarıda da rəqibdən üstün idik. Standart vəziyyətdən qapımızda qol olmasaydı... Hücumlarımız kəsərli idi. Rəqib qapıda daha çox biz idik. Ola bilər ki, külək amili var idi. "Sumqayıt" küləyə qarşı oynayırdı. Xırda bir məsələ var ki, onu birinci hissədə az edirdik. Uşaqlar ikinci hissədə mənim istədiyim futbolun 80 faizini oynadılar".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az