Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Manset.az xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb.
"Araz-Naxçıvan" "Qəbələ"ni qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Günün digər matçında isə "Neftçi" "Sumqayıt"ın qonağı olacaq. Görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, 1/4 finalın cavab matçları 8-9 fevral tarixlərində oynanılacaq.
31 yanvar (çərşənbə)
16:00. “Araz-Naxçıvan” – “Qəbələ” - 1:1
Qollar: Samuel Tetteh, 11 (0:1), Elvis Maşike, 45 (1:1)
Qırmızı vərəqə: Lukas Afriko, 77 ("Qəbələ")
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov
“Dalğa Arena”
19:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
“Kapital Bank Arena”
30 yanvar (çərşənbə axşamı)
“Sabah” – “Qarabağ” - 1:7
“Səbail” – “Zirə” - 1:2
Yarımfinal cütlükləri
"Səbail"/"Zirə" - "Araz-Naxçıvan"/"Qəbələ"
"Sumqayıt"/"Neftçi" - "Sabah"/"Qarabağ"